19 noyabr 2026 17:46
97

Super Liqada növbəti oyunlar keçirilib

 

Bu gün qadın və kişi voleybolçuların Super Liqa yarışlarında növbəti qarşılaşmalar baş tutub.

Kişi voleybolçuların Super Liqasının V turu çərçivəsində “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində keçirilən görüş “AZERRAIL” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qadın voleybolçuların Super Liqasının III turu çərçivəsində isə Tovuz OİK-də “Turan” və “Naxçıvan” komandaları üz-üzə gəliblər. Qarşılaşma “Turan” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qadın voleybolçuların Super Liqasında III turun digər oyunları noyabrın 19-da, 20-də və 21-də keçiriləcək.

Oyunların nəticələri

18 noyabr

Super Liqa (kişilər)

V tur

“AZERRAIL” - “Murov Az Terminal” 3:0 (25:22, 25:20, 25:23) 

 

Super Liqa (qadınlar)

III tur 

“Turan” – “Naxçıvan” 3:0 (25:14, 25:18, 25:20) 

 

Növbəti oyunlar

19 noyabr

Super Liqa (Qadınlar)

III tur

16:00. UNEC - “Azərmaş Abşeron”

Ünvan: UNEC VK-nın idman zalı

 

20 noyabr

Super Liqa (Qadınlar)

III tur

16:00. “AZERRAIL” - “DH Volley”

Ünvan: GİN-in Voleybol Mərkəzi

 

21 noyabr

Super Liqa (Qadınlar)

III tur

14:00. “Murov Az Terminal” - “Gəncə”

Ünvan: Murov Az Terminal VK-nın idman zalı