11 oktyabr 2019 16:06
149

Tarixdə ilk dəfə açıq kosmosa çıxan insan vəfat edib

Tarixdə ilk dəfə açıq kosmosa çıxan kosmonavt, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksey Leonov 86 yaşında Moskvada vəfat edib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu məlumatı mərhumun köməkçisi yayıb.

Məlumatda qeyd olunub ki, Aleksey Leonov uzun sürən xəstəlikdən sonra Rusiya paytaxtının Burdenko adına hospitalında dünyasını dəyişib. Kosmonavtla vida mərasimi oktyabrın 15-də Moskva vilayətindəki Federal Hərbi Memorial Məzarlığında keçiriləcək.