Yaqut Qarayeva: Bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil
Peyvənd yaradılana kimi bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil.
Trend-in məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, koronavirusa qarşı xüsusi vaksin və dərman yoxdur:
"Bu xəstəliyin nə zamana kimi davam edəcəyini bilmirik. Biz bəzi qaydalara əməl etsək, xəstəlik də qısamüddətli olar. İnsanlar qarşısında çətin şərtlər qoymuruq. Onlar bir-birləri arasında məsafə saxlamalıdırlar. Qapalı şəraitdə mütləq şəkildə tibbi maskalardan istifadə edilməlidir".
BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilmişdir