Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 iyun 2020 12:50
688

Televiziya və radio kanallarının kommersiya gəlirləri açıqlanıb

2019-cu ildə televiziya və radio kanalların maliyyələşdirilməsinə ayrılan ümumi dotasiyaların məbləği 76 milyon manat təşkil edib. “İki sahil” Trend-ə istinadən xəbər verir ki, bu məbləğin 20 milyon manata yaxın hissəsi kommersiya strukturlarının dotasiyaları olub. Televiziya və radio kanallarının kommersiya fəaliyyəti nəticəsində ümumən 31 milyon manat gəlir əldə olunub ki, bu məbləğin 26 milyon manatı televiziya reklamının, 5 milyon manatı isə radio reklamının payına düşür. 2019-cu il ərzində reklam vasitəsilə 2 milyondan çox gəlir əldə etmiş şirkətlərin sayı 4 olub. Bu şirkətlərin reklamdan əldə etdikləri gəlir televiziya və radio reklam bazarının ümumi həcminin 80%-ni təşkil edib. Televiziya və radio kanallarının il ərzində ən böyük xərcləri əməkdaşların məvacib fondunun saxlanılmasını (50 milyon manata yaxın), həmçinin, yerüstü və peyk yayımının təmin olunması üçün çəkilən xərcləri (17 milyon manata yaxın) əhatə edir.