İngiltərənin ən çox izlənilən futbol proqramını aparan keçmiş futbolçu Gary Lineker aldığı ödəniş haqqı üçün ingilis futbol fanatlari tərəfindən tənqid edilib.
“İki sahil” xəbər verir ki, futbol tərəfdarları Lineker əvəzinə italyan aparıcı Floriana Messinanın aparıcılıq etməsi üçün kampaniya başladıblar.
İtaliyada idman jurnalisti və aparıcısı olan Floriana Messina bu dəfə ingilis fanatlarının diqqətini çəkib.
İngilis futbol fanatları İtaliyada əhəmiyyətli bir fanat bazasına sahib olan və uğurlu proqramları ilə tanınan Messina üçün kampaniya başladıblar.