Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və hücum cəhdlərini kəskin şəkildə qınayırıq. Türkiyə Respublikası və xalqı olaraq Azərbaycan dövlətinin və azərbaycanlı qardaşlarımızın yanındayıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara şəhərinin Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok ifadə edib.
Qarabağın tarixi Azərbaycan torpağı olduğunu söyləyən Turqut Altınok deyib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlardan vaxt itirmədən çəkilməlidir.
Ermənistanın son hərbi təxribatında da toxunan bələdiyyə sədri qeyd edib ki, Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. “Azərbaycan ordusu bir daha bütün dünyaya nümayiş etdirdi ki, öz tarixi torpaqlarını azad etməyə qadirdir. İnanıram ki, tezlik işğal altında olan bütün torpaqlar azad ediləcək və Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanacaq”,- deyə Turqut Altınok bildirib.
İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur