07 oktyabr 2019 12:04
93

Tramp ermənipərəst konqresmenlərin impiçmentini tələb edir

ABŞ prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının spikeri, ermənipərəst mövqeyi ilə tanınan Nensi Pelosinin və Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sədri Adam Şiffin impiçmentini tələb edib.

Azvision.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Tramp hesab edir ki, hər iki şəxs və onlarla sövdələşməyə gedənlər törətdikləri cinayətlərə və dövlətə xəyanətlərinə görə impiçmentə layiqdirlər.

"Nensi Pelosi hiyləgər Adam Şiffin Konqresə və Amerika xalqına qarşı etdiyi çox saylı yalanları və kütləvi saxtakarlıq hadisələrini bilirdi" , - deyə Tramp "Twitter"-də yazıb.

Onun sözlərinə görə, Pelosi Şiff kimi xüsusilə ağır cinayətlərdə və hətta dövlətə xəyanətdə günahkardır.

Xatırladaq ki, konqresmenlər Adam Şiff və Nensi Pelosi ənənəvi olaraq ermənipərəst mövqelərini ilə tanınıblar.