09 fevral 2020 14:26
749

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Türkiyənin "Konyaspor" futbol klubu baş məşqçi Aykut Kocamanla yollarını ayırıb.

Bu qərar Superliqanın XXI turunda "Denizlispor"la 0:0 hesablı heç-heçənin qeydə alındığı oyundan sonra verilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Aykut Kocaman "Konyaspor"a 2018/2019 mövsümünün dövrələrarası fasilə dönəmində üçüncü dəfə baş məşqçi təyin olunub. Komanda bu mövsüm 21 oyundan 4 qələbə, 8 heç-heçə, 9 məğlubiyyətlə ayrılıb.

"Report"