Türkiyənin Ağrı şəhərində qanunsuz yollarla ölkəyə daxil olan köçkünləri daşıyan mikroavtobus aşıb. Qəza Ağrı-Van şosesində baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, 30 nəfər yaralanıb.
Qəza yerinə çox sayda təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma başladılıb.