10 oktyabr 2019 16:29
134

Türkiyəyə hücum edildi - 9 yaralı var

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 2 top mərmisi atılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.