19 mart 2020 21:34
533

Ukraynada qripdən 70-ə yaxın insan ölüb

Ukraynada son bir həftədə 3 nəfər qrip və kəskin respirator virus infeksiyasından ölüb.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeni epidemioloji mövsümdə Ukraynada 66 nəfər qripdən həyatını itirib. Ölənlərin heç biri qripə qarşı vaksin olunmayıb. Qripə yoluxanların 65 faizə yaxını uşaqlardır.

Ukraynada hər 100 min nəfərdən təxminən 580-i qripə yoluxub. //AZƏRTAC