"May ayının monitorinqləri göstərir ki, karantin rejiminin yumşaldılması tədbirlərindən sonra atmosferdə çirkləndirici maddələrdə cüzi də olsa, 30-35 faiz artıb".
"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, əvvəlki aylarda isə atmosfer havasında müsbət dəyişiklik müşahidə olunurdu:
"Nəqliyyatın sıx olduğu Neftçilər, Nobel, Q.Qarayev prospektləri, Ukrayna dairəsində ölçü işləri göstərir ki, mart ayı ilə müqayisədə çirklənmə 45-50-faizə qədər azalıb".
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub