21 mart 2020 21:50
746

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri koronavirus böhranı ilə əlaqədar gənclərə müraciət edib

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus böhranı dövründə qayda və məhdudiyyətlərə ciddi əməl olunması üçün gənclərə müraciət edib.

Təşkilatın Baş direktoru Tedros Qebreyesus Cenevrə şəhərində keçirilən brifinqdə gənclərə səslənib. O bildirib ki, gənclər heç də məğlubedilməz olduqlarını düşünməsinlər. Baxmayaraq ki, bu virus yaşlı nəsil üçün böyük təhlükə mənbəyidir, o, eyni zamanda, gənclərdən də yan keçmir: “Bu virus həftələrlə xəstəxana şəraitində qalmağa və hətta sizin ölümünüzə aparıb çıxara bilər”.

ÜST rəhbəri qeyd edib ki, buna görə ölkəsinə və yaş kateqoriyasına baxmayaraq, bütün insanlar koronavirusa qarşı mübarizədə həmrəylik göstərməli, rəsmi qurumların çağırışlarını ciddi qəbul etməli və evdə qalmalıdırlar.