02 iyun 2020 18:36
1262

Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. “İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib. Sərəncama əsasən Nazirlər Kabineti strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.