19 noyabr 2026 09:39
349

Van Qoqun “Çiçəklənən şabalıd ağacları” tablosu hərracda 190,4 milyon dollara satılıb

Niderlandlı dahi rəssam Vinsent Van Qoqun “Çiçəklənən şabalıd ağacları” adlı mənzərə tablosu Nyu-Yorkda keçirilən “Sotheby's” hərracında 190,43 milyon dollara satılıb.

“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, hərracın digər bahalı lotları arasında Pol Sezannın oğlu Polu təsvir etdiyi “Arlekin” tablosu da yer alıb. Bu əsərin yekun qiyməti 111 milyon dolları ötüb. Bundan başqa, hərracda Pyer Oqyust Renuarın “Qayıqda gənc qadın” portreti 27,5 milyon dollara, Klod Monenin “Tüilri bağı” mənzərəsi 20,23 milyon dollara, Edqar Deqanın “Cıdır öncəsi” tablosu isə 18 milyon dollara satılıb.