Məşhur almanyalı rəqqasə, akrobat və konki sürən Vanessa Bauer ötən günlərdə özü üçün bir şou səhnəsinə hazırlaşarkən qəfildən yerə yıxılıb. “Mən ehtiyatsızlığımın qurbanı oldum" deyən məşhur rəqqasə qəza anından bəhs edib.
“İki sahil” xəbər verir ki, buz konki sürmə istedadı ilə yanaşı, gözəlliyi ilə də ön plana çıxan və sosial mediada minlərlə izləyicinin rəğbətini qazanan Vanessa Bauer bu yaxınlarda məşq zamanı bir anlıq diqqətsizliyin qurbanı olub.
Həkimləri tərəfindən qarşıdakı şoularda iştirak edə bilməyəcəyini söyləyən Vanessa üzüldüyünü dilə gətirib: “Əslində özümü yaxşı hiss edirəm, amma həkimlərin tövsiyələrinə əməl edəcəm. Qəzadan sonra üz sümüklərimi sındırmamış olsam da, bir neçə gün dincəlməklə daha yaxşı olacam.”