15 yanvar 2020 20:54
1245

“Wikipedia” saytının Türkiyədə fəaliyyəti bərpa olunacaq

Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi “Wikipedia” saytının istifadəsinə qoyulan qadağanın aradan qaldırılması barədə qərar qəbul edib.

Bu qərarın icrası Elmi Texnologiyalar və Rabitə Təşkilatına aiddir.

Bildirilir ki, təşkilat yaxın vaxtlarda saytın fəaliyyətini təmin edəcək.

Qeyd edək ki, “Wikipedia” saytının Türkiyədə fəaliyyətinə 2017-ci ilin aprelindən qadağa qoyulub. //AZƏRTAC