06 sentyabr 2019 11:08
194

YAP-da qanvermə aksiyası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) mənzil qərargahında növbəti qanvermə aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiyada YAP İcra Katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Ümumilikdə 300 nəfər qan verib.

Qan verənlər arasında Baş nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov da var.