16 may 2020 20:19
1624

YAP Masallı rayon təşkilatında videokonfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qarşıda duran vəzifələrdən danışıb. O, həmçinin koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlərin töhfə verdiyini, o cümlədən Masallı rayonunda bütün zəruri tədbirlərin görüldüyünü və bu gün də davam etdirildiyini diqqətə çatdırıb.

Partiyanın rayon təşkilatının Qadınlar Şurasının sədri Gülşən Xəlilova və Gənclər Birliyinin sədri Bəxtim Qarayev konfrans iştirakçıları ilə öz fikirlərini bölüşüblər.