Yaponiyada sürətli “Şinkansen” ekspressinin yeni modelinin səhra sınaqları keçirilib.
AZƏRTAC xəbər verir ki, 2030-cu ildə kütləvi istismarına başlanması planlaşdırılan qatar saatda 360 kilometr sürətlə hərəkət edib.
Qeyd edək ki, ALFA-X adlandırılacaq yeni qatarın işçi modeli ilk dəfə sınaqlar zamanı jurnalistlərə təqdim edilib. Onlar ölkənin şimal-şərqində yerləşən “Morioka” stansiyasına yaxınlaşan tünd-boz rəngli qatarın fotolarını çəkiblər.
“JR East” şirkətinin hazırladığı ALFA-X modelinin əsas vaqonunun uzunluğu 16 metrə çatır. Qatarın quyruq hissəsində yerləşəcək müqavimət sipərinin uzunluğunun 22 metr olacağı bildirilir. Hər iki nümunə sınaqdan keçirildikdən sonra “JR East” şirkəti kütləvi istehsal üçün modelin son parametrlərini müəyyən edəcək.
Ankarada rəqəmsal dünyada uşaqların müdafiəsi mövzusunda panel müzakirələri planlaşdırılır
Fidan: ABŞ ilə İran arasında 14 gün ərzində razılaşmanın əldə olunması mümkünsüzdür