30 oktyabr 2020 17:18
1736

Yeni yaranan idman növləri

Flyboard

Flyboard idman növü yeni yaranan idman növlərinə aiddir. Bu idman növü uçuşu və suya dalmağı özündə birləşdirərək bir vəhdət təşkil edir. Rus dilində "fly"-uçuş,"board" isə lövhə deməkdir. Su jetinin dəstəyi ilə suyun üzərində qala bilən idmançılar xüsusi turbo lövhə üzərinə çıxaraq 10-15 m yüksəklikdə mürəkkəb  akrobatik elementlər yerinə yetirirlər. Ekstremal sayılan bu idman növü bəzən idmançıların ölümü ilə sonuclana bilər.

Slembol

Bu yeni  idman növü basketbolun əsasında yaradılıb.Amma slembolun basketboldan fərqli cəhətləri var. Slembolda komandalar tramplinlərdən istifadə edirlər. Belə desək,hər səbətin qarşısında tramplinlər olur. Hər birisində 4 nəfər olmaqla komandalar meydançanın hər iki tərəfindən səbətin ətrafına toplaşırlar. Oyunun əsas şərtlərindən biri də odur ki,topu rəqibin səbətinə atmaq lazımdır. Bu oyun əsasən ABŞ-da populyardır.

Vulkanobordinq

Vulkanobordinqlə məşğul olan insanlar həyatlarını təhlükəyə ataraq, xüsusi lövhə üzərinə çıxaraq 80 km/s sürətlə hündürlüyündə 725 metr olan  vulkanın üzərindən sürüşürlər. Adətən bu idman növü lə məşğul olan insanlar Nikaraquaya gələrək,burada yerləşən Serro-Negro vulkanının üzərinə qalxaraq sevdikləri işlə məşğul olmuş olurlar. Qeyd etmək lazımdır ki, bu zirvəyə qalxmaq üçün 1 saatdan çox vaxt lazımdır.

Novus

Novus bilyarda bənzəyən oyundur. Eni və uzunluğu 1 metr olan stolda oynanılan Novusda ənənəvi bilyard şarlarını xüsusi daşlar əvəz edir. Novus əsasən İngiltərədə populyardır.

Basejumping- Paraşütdən atlanmaq

Bu idman növü ilə məşğul olan insanlar  risk edərək, özlərini təhlükəyə atırlar.Onlar xüsusi paraşütlərlə müxtəlif obyektlərin üzərindən aşağı atlanırlar." Basejumping" sözünün mənası ingilis dilindən  götürülüb və mənası da 4 müxtəlif obyektlərin abriaviaturasından ibarətdir-building (bina), antenna (antenna), span(körpü), earth (yer kürəsi).  Bu idman növü bəzi ölkələrdə qadağandır, çünki burada ölüm riski həddindən artıq yüksəkdir. Təhlükə ondan ibarətdir ki, paraşütün açılması üçün vaxt çox azdır və buna görə də tullanmanın lap əvvəlində paraşütü dartmaq lazımdır.

Segway polo

Segway polo son illər ərzində İngiltərədə yaranan  idman növlərindən biridir. Əslində,Segway polo oyununun adi poloynan oxşar cəhətləri çoxdur. Bu idman növlərinin yeganə fərqi isə ondan ibarətdir  ki,yeni yaranan bu idman növündə oyunçular at üstündə olmurlar,onlar son illər ərzində dəbə düşən segway skuterlərini idarə edirlər. Adətən bu idman növünə yüksək təbəqəyə aid olan insanlar maraq göstərirlər.

Psixoblok

ABŞ-da və bir sıra  ölkələrdə son zamanlar populyarlaşan idman növlərindən biri də psixoblokdur. Xüsusi dırmanma divarına çıxan idmançılar ordan suya tullanırlar. Üstəlik, idmançıların əsas məqsədi  yalnız zirvəyə çatmaq deyil, həm də hovuza gözəl tullanmaqdır. Hakimlər hər iki elementin performansını nəzərdən keçirir və sonra qiymət verirlər.

Quiddich

Son illər ərzində bu qəribə,"Harry Potter" filmindən tanınan oyun əsl idman növünə çevrildi. Hal-hazırda dünyanın bir çox ölkələrində yaşayan insanların bu oyuna qarşı maraqları artıb. Bu oyunu insanlara sevdirən insan "Harry Potter" filminin pərəstişkarı olan Coan Roulinqdır. Kim bilir, bəlkə  gələcək illərdə bu oyun növü  Olimpiadada  da  öz yerini tutmuş olacaq.

Samirə Tağıyeva, "İki sahil"