29 oktyabr 2019 13:53
726

Zamiq Hüseynov o xanımla səmimi görüntüləndi –  VİDEO

Müğənni Zamiq Hüseynov yeni layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, o, musiqisi özünə, sözləri İsmayıl Əsədov və Ayşən Məmmədovaya məxsus “Var ol” adlı mahnını ekranlaşdırmaq qərarına gəlib. Zamiq bu dəfə bir neçə obrazda kamera qarşısına keçib. Bundan əlavə, sənətçi ekran işinə rejissorluq edib. O, “Klipin rejissorluğu da mənə aiddir. Bu o demək deyil ki, özümü rejissor kimi sınayacam və kliplər çəkməyə başlayacam. Xeyr! Amma mənə elə gəlir ki, özüm-özümü daha yaxşı görürəm. Çox maraqlı və romantik bir klip ərsəyə gəlib. Ekran işi bir məkanda çəkilib. Bir neçə obrazda kamera qarşısına keçmişəm. Çox yaxşı kadrlar var. Yaxın dostumun hazırda yaşadığı sevgini canlandırmışıq. Gözəl bir ailəni, onların övladlarını, bu günə kimi yaşadıqlarını göstərməyə çalışmışıq”,- deyə Zamiq qeyd edib.