26 sentyabr 2026 00:21
156

"Zirə" də Çempionlar Liqasında mübarizəni dayandırıb

"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.

“İki sahil” xəbər verir ki, Seymur Məmmədovun baş məşqçi olduğu komanda 1/4 finalda Macarıstan təmsilçisi "The Private Rooftop" la üz-üzə gəlib. Əsas vaxtı 0:0 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında rəqib daha dəqiq olub - 2:0. Beləliklə, Azərbaycanın sonuncu təmsilçisi də İspaniyanın Kambrils şəhərində təşkil olunan turniri əliboş tərk edib.

Qeyd edək ki, daha əvvəl "Birbaşa Bakı" 1/8 finalda, "Aznur" isə qrup mərhələsində mübarizəni dayandırıb.