15 noyabr 2017 19:11
694

AFFA Azərbaycan millisinə mətbuat katibi təyin edib

Futbol üzrə Azərbaycan milli komandasının mətbuat katibi vəzifəsinə yeni təyinat olub. 

"Report"un AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, bu vəzifə Elman Himayətoğluna həvalə olunub. 

O, 2018-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Elman Himayətoğlu bu təyinatadək "Zirə" klubunun mətbuat katibi vəzifəsində çalışıb.