02 aprel 2018 20:46
1056

Ermənistanın baş qərargah rəisi etiraf etdi: Orduda qanunsuzluqlar var

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mosves Akopyan orduda hələ də qanunsuzluqların olduğun etiraf edib.

AzVision.az xəbər verir ki, Akopyan Ermənistan ordusunda hansı problemlərin olduğunu açıqlamayıb.

“Mən hüquqşünas deyiləm ki, müvafiq açıqlama verim. Lakin korrupsiya əməllərinin üstünün açılması ordunun qanunsuzluqla mübarizə aparması anlamına gəlir”, - deyə erməni general bildirib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyində korrupsiya faktlarının olmasına dair dəfələrlə məlumat verilib. Bəzi cinayətlərin üstü açılıb, bir neçə hərbçi korrupsiya əməlinə görə saxlanılıb. Bütün bunlara baxmayaraq, Ermənistanın hərbi sistemdə ciddi problemlər hökm sürməkdə davam edir.