26 aprel 2024 12:25
370

Bu da ABŞ demokratiyasının İÇ ÜZÜ

“Los Angeles Times”-ın məlumatına görə, Cənubi Kaliforniya Universitetində İsrailə etiraz edən 93 tələbə "Qəzzaya dəstək" nümayişlərində iştirak etdikləri üçün saxlanılıblar.

“İki sahil” "Anadolu"ya istinadla xəbər verir ki, bu etiraz aksiyaları ABŞ-ın Kolumbiya Universitetində başlayıb sonradan müxtəlif ştatlardakı universitetlərə yayılıb.

“2024-cü ilin birincisi” müsəlman tələbə Əsna Təbəssümün məzuniyyət çıxışının “təhlükəsizlik” səbəbi ilə ləğv edildiyi bildirilib. Universitetin may ayındakı əsas məzuniyyət mərasiminin isə keçirilməyəcəyi qeyd olunub.

Səbəbdə isə təxminən 65 min adamın iştirak etdiyi mərasimin "yeni təhlükəsizlik tədbirləri" üçün ləğv edildiyi deyilib.

CNN-in məlumatına görə, sözügedən etirazlar davam edərkən, Corciya ştatındakı Emori Universitetində 2-si professor olmaqla təxminən 30 nəfər saxlanılıb. Professorlar Karoline Fohlin, Noelle McAfee-nin saxlanıldığı anların videosu sosial mediada paylaşılıb. "CBS News"un məlumatına görə, polis Massaçusets ştatının Boston şəhərindəki Emerson Kollecində fələstinlilərə dəstək nümayişləri zamanı 108-dən çox tələbəni saxlayıb.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair hesabatı açıqlayıb.  Əslində gün kimi aydındır ki, ABŞ-in bu cür hesabatları real vəziyyəti əks etdirməkdən çox, digər ölkələrə təzyiq aləti kimi istifadə olunur. Rəsmi Vaşinqtonun hər il dünya ölkələrində “insan haqlarına” dair hesabatını artıq heç kəs ciddi qəbul etmir. ABŞ ilk olaraq öz ölkəsində insan haqları sahəsində vəziyyətə dair könüllü və açıq şəkildə hesabatlar təqdim etməlidir. Universitet tələbələrinə qarşı tətbiq edilən zorakılıq ABŞ demokratiyasının əsl mahiyyətini ortaya qoyur. Hesabat hazırlamağa elə ABŞ özündən başlamaq lazımdır.

Günel Cəlilova, "İki sahil"