16 mart 2018 00:03
1251

Robot-arılar bitkiləri tozlandıracaq

“Walmart” korporasiyası bitkiləri əsl arılar kimi tozlandıra bilən avtonom robot-arıları patentləşdirib.

AZƏRTAC “hi-tech.mail.ru” saytına istinadla xəbər verir ki, dronlar bitkilərin çiçəkləndiyi yerlərin aşkarlanması üçün sensor və kameralardan istifadə edərək tozcuqları bir bitkidən digərinə daşıyacaq. Görünür ki, “Walmart” kənd təsərrüfatına keçməyə və qida məhsulları üzərində nəzarəti gücləndirməyə hazırlaşır.

Qeyd edək ki, “Walmart” robot-arıların hazırlanması ilə məşğul olan ilk təşkilat deyil. Son illərdə alimlər nəticədə insanların istehlak etdiyi bütün məhsulların üçdə birini tozlandıran arıların azalmasının qarşısını almaq yollarını axtarırlar. Harvard Universitetinin tədqiqatçıları ilk robot-arıları 2013-cü ildə təqdim ediblər. Hazırda onlar uça, səth üzərində otura və suda üzə bilir. Lakin onlardan fərqli olaraq, “Walmart” şirkətinin patentində təsvir edilmiş robot-arılar məsafədən idarə ediləcək və tozcuqların avtomatik aşkarlanması imkanına malik olacaq.