15 avqust 2018 19:30
1495

700 bal toplayan 29 məzundan 5-i qızıl medal aldı

Bu gün respublika üzrə ümumi təhsil müəssisələrini qızıl və gümüş medalla bitirən şagirdlərin siyahısı açıqlanıb. Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, 185 məzun qızıl, 38 məzun isə gümüş medala layiq görülüb.

Qızıl medal alan məzunlardan 5-i bu il keçirilən qəbul imtahanlarında 700 bal toplayıb.

Həmin məzunlar bunlardır:

Quluzadə Zeynəb Malik qızı - Bakı şəhəri Texniki-humanitar lisey

Mehdizadə Sona Ağəmi qızı - Bakı şəhəri 58 nömrəli tam orta məktəb

Fərzəliyev Xəyal Vüqar oğlu - Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü lisey 

Kərimxanov Anar Azad oğlu - Bakı şəhəri 192 nömrəli tam orta məktəb

Rəcəbova Jalə Süleyman qızı - Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-lisey

Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında 29 abituriyent 700 bal toplayıb.