15 avqust 2018 20:17
1204

İmtahan nəticələri nə vaxt açıqlanacaq?

Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən müsabiqənin nəticələri bu gün ərzində elan ediləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur. Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər