20 avqust 2018 15:45
665

Venesuela bu gün milli valyutasını denominasiya edir

Bu gündən Venesualeda dövriyyəyə yeni pullar buraxılacaq. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin milli valyuta 1:100 000 nisbətində denominasiya edilir. 

Buna səbəb Venesuelanın milli valyutası - bolivarın hiperinflyasiya nəticəsində dəyərini kəskin itirməsidir. 

Yeni pulların dəyəri Venesuelanın "Petro" adlı kriptovalyutasının dəyərinə bağlı olacaq. Denominasiya ilə əlaqədar bu gün ölkədə qeyri-iş günü elan olunub ki, vətəndaşlar yeni pullara rahat öyrəşə bilsinlər.