15 oktyabr 2018 21:26
1487

Kürdəmirdə heyvandarlıq məhsullarının istehsalı artıb

Heyvandarlıq Kürdəmir rayonunda aqrar sektorun aparıcı sahələrindəndir və son illər istər iribuynuzlu mal-qaranın və davarların baş sayında, istərsə də bütün göstəricilər üzrə məhsul istehsalında dinamik artım müşahidə olunur.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda iribuynuzlu heyvanların sayı 65 min 156 başa, qoyun-keçilərin sayı isə 133 min 319 başa çatıb. Bu göstəricilər ötən ilin müvafiq dövründəkindən çoxdur. Cari ilin doqquz ayında bölgədə keçən ilin eyni dövründəkinə nisbətən ət istehsalı 9,5 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 50,3 faiz, yun istehsalı isə 22 faiz çox olub.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilir. Təkcə bu ilin doqquz ayında 1321 baş heyvan süni mayalandırılıb, 829 baş cins bala alınıb.