18 may 2018 21:03
1139

Bakı Dairəvi-1 avtomobil yolunda yenidənqurma işləri aparılır

“Bakı Dairəvi-1” avtomobil yolunda rahat hərəkətin təşkili məqsədilə dəyişikliklər aparıldığı üçün əsas yolla köməkçi yol arasında yerləşən təhlükəsizlik sədlərinin sökülməsi işləri görülür.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Sözügedən işlər axşam saatlarınadək davam etdiriləcək. Bununla əlaqədar olaraq, sürücülərdən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.