18 oktyabr 2017 20:37
356

Bank və digər kredit təşkilatlarının kredit portfeli 12376,6 milyon manat olub

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, bu il sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12376,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumi kredit portfelinin 10020,9 milyon manatı və ya 81,0 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,3 faizi banklar, 3,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq 1824,0 milyon manata çatıb və ümumi kredit portfelinin 14,7 faizini təşkil edib.