14 dekabr 2017 19:21
502

Astara – Astara dəmir yolu xətti dekabrın 25-də istismara veriləcək

Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti dekabrın 25-də istismara veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri verib. O bildirib ki, tərəflər arasında gömrük qeydiyyatı, viza rejimi və İran Astarasında tikilən yük terminalından istifadə qaydaları haqqında da razılıq əldə olunub.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.