17 aprel 2018 15:42
1389

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb.

Nazirlikdən bildirilib ki, loqotipin müəllifi Zaur Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.