30 iyun 2017 14:34
1419

Portuqaliya portalı Formula-1 Azərbaycan Qran-Prisindən yazır

Portuqaliya portalında Formula-1 Azərbaycan Qran-Prisi son dövrlərin ən gərgin yarışı kimi təqdim edilib. Bu ölkənin avtomobil idmanı sahəsində ixtisaslaşmış “autoportal.iol.pt” portalında “Azərbaycan Qran-Prisində 137 ötmə baş verib” sərlövhəli məqalə yerləşdirilib. Yazıda deyilir ki, Azərbaycan Qran-Prisi son dövrlərin ən baxımlı və gərgin yarışı olub.

Məqalədə “Mercedes” komandasının Bakıdakı yarışa dair açıqladığı strateji statistik təhlilə istinad olunub. Azərbaycan Qran-Prisinin ən maraqlı məqamlarından ibarət video da yazıya əlavə olunub. Məqalənin tam mətnini BURADAN oxumaq olar: