13 noyabr 2017 18:00
1326

"Formula-1" pilotu Felipe Massa karyerasını başa vurub

"Formula-1" üzrə dünya çempionatında iştirak edən İngiltərənin “Uilyams” komandasının pilotu Felipe Massa karyerasını başa vurub.

“Report” turnirin “Twitter” səhifəsinə istinadən xəbər verir ki, 36 yaşlı sürücü noyabrın 12-də keçirilmiş Braziliya Qran-prisindən sonra qərarını açıqlayıb.

F.Massa ötən il karyerasını başa vurduğunu desə də, “Uilyams”ın xahişi ilə daha bir mövsüm çıxış etməyə razı olmuşdu. "Formula-1"də 2002-ci ildə debüt edən braziliyalı pilot karyerası ərzində “Sauber” və “Ferrari”nin də şərəfini qoruyub. Onun ən yaxşı göstəricisi 2008-ci ildə əldə etdiyi vitse-çempionluqdur.

Qeyd edək ki, "Formula-1" üzrə 2017-ci il mövsümünün qalibi artıq müəyyənləşib. “Mercedes” pilotu Lüis Hemilton çempionluğu rəsmiləşdirib. Braziliya Qran-prisində finiş xəttini 7-ci keçən Massa ümumi cədvəldə 10-cu pillədədir.