12 iyul 2018 23:11
1448

Binəli Yıldırım Türkiyə Parlamentinin sədri seçilib

Türkiyə Parlamentinin yeni sədri məlum olub.

Trend-in məlumatına görə, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Onun lehinə 335 nəfər deputat səs verib.

Qeyd edək ki, B.Yıldırım 2016-2018-ci illərdə Türkiyənin Baş naziri olub.