16 aprel 2018 20:31
1107

Polis erməni deputatı döyüb xəstəxanalıq etdi

İrəvanda keçirilən etiraz aksiyalarının təşkilatçı, müxalif deputat Nikol Paşinyan yaralanıb, onu “Nairi" tibb mərkəzinə aparıblar.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün keçirilən aksiyada etirazçılarla polis əməkdaşları arasında qarşıdurma olub.

Paşinyan toqquşmalar zamanı ağır xəsarət alıb.Jurnalistlər onun qulaq nahiyyəsindən qan axdığını görüblər. Paşinyanı müşayiət edən şəxslərdən biri də polis tərəfindən döyülüb.