16 mart 2018 17:27
1335

Böyükağa Hacıyev dünyasını dəyişdi

"Neftçi" klubunun sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib.

Bu barədə məlumatı AzVision.az-a B.Hacıyevin həyat yoldaşı təsdiq edib. 

"Neçə müddət idi ki, xəstəxanada yatırdı. Bu gün vəziyyəti pisləşdi. İndi mənə zəng etdilər ki, gəl, keçinib". 

Qeyd edək ki, Böyükağa Hacıyev “Bakı” və “Neftçi” klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin “Neftçi”ni Azərbaycanda ilk dəfə AvropaLiqasının qrup mərhələsinə yüksəldib.

Allah rəhmət eləsin!