NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyini töhfəni alqışlayır.
Publika.az Azərtac-a istinadla xəbər verir ki, bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay bildirib.
C.Appaturay deyib: “Azərbaycan bizim davamlı tərəfdaşımızdır. Biz həmişə Azərbaycanın beynəlxalq təhlükəsizliyə və NATO-nun Əfqanıstandakı səylərinə verdiyi töhfəni alqışlayırıq“.
O xatırladıb ki, Azərbaycan NATO sülhməramlı missiyası üçün tranzit imkanları yaradır, həmçinin, digər yollarla dəstək olur.
Xüsusi nümayəndə bildirib: “Bizim yaxşı əməkdaşlığımız var və mən bunun davam edəcəyini gözləyirəm”.