18 sentyabr 2018 15:25
2237

"Milyonluq quş"un treyleri yayımlanıb

Azərbaycanlı məşhurların türkiyəli ulduz sənətçilərlə birlikdə baş rol aldığı "Milyonluq quş" filminin Bakıda qala gecəsi keçiriləcək.

Trend-in məlumatına görə, “Artlemma” film şirkətinin istehsalı olan ekran işinin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və Azərbaycanın tanınmış aktyoru Müşfiq Şahverdiyev ilə Dilarə Əliyeva rol alıb.

Ondan əlavə Aysel Nazim, Nofel Şahlaroğlu, Qurban Məsimov da sözügedən filmdə öz rolları ilə fərqləniblər. Filmin senarisi Təvəkkül T.Mehrəliyevə aiddir. "Milyonluq quş"un qala gecəsi Bakıda oktyabrın 3-də baş tutacaq. Qala gecəsi Nizami kinoteatrında olacaq.