19 sentyabr 2018 19:26
1636

Küveyt Millət Məclisinin sədri Azərbaycana səfərə gəlir

Küveyt Dövlətinin Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün Bakıya səfərə gəlir.

AZƏRTAC Küveytin KUNA xəbər agentliyinə istinadla xəbər verir ki, nümayəndə heyətinə deputatlar Məhəmməd əl-Huveylə və Nasir əd-Dusəri daxildir.

Səfər üç gün davam edəcək.