19 sentyabr 2018 21:43
2010

Erəmnistan ordusunun əsgəri məhv edildi

Azərbaycan ordusunun cavab atəşi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 38 yaşlı Aykaz Matevosyan məhv edilib.

AzVision.az xəbər verir ki, Matevosyanın ölümü barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, müqavilə əsasında hərbi xidmət keçən Aykaz Matevosyan Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq istiqamətində Azərbaycan ordusunun mövqelərindən atılan güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda keçinib.