20 sentyabr 2018 15:28
1750

Azərbaycanda istilik effekti yaradan qazların emmisiyası 35% azaldılacaq

"Sumqayıtda yeni zavodlar tikilir və onlar müasir ekoloji normalara uyğundur". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018” tədbirində çıxış edən ekologiya naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum səlahiyyətləri çərçivəsində ekoloji təhlükəsizliyi təmin etmək üçün işləri davam etdirir: "Azərbaycan 2030-cu ilə qədər istilik efekti yaradan qazların emmisiyasının 1990-cı illə müqayisədə 35% azaldılmasını missiya kimi üzərinə götürüb". 

Nazir həmçinin Xəzər dənizinin və ərafının çirklənməsinin qarşısını almaq üçün müvafiq addımların atıldığını da qeyd edib.