20 sentyabr 2018 19:45
1226

Ağsuda 70 litrədək qan toplanıb

Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Aşura günündə Ağsuda qanvermə aksiyası keçirilib.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşlarının hərtərəfli müayinəsindən sonra 154 könüllüdən qan götürülüb.

Qana ehtiyacı olan xəstələr üçün 70 litrədək qan yığılıb.