20 sentyabr 2018 22:29
1954

Naxçıvanda qanvermə aksiyalarında yüzlərlə insan iştirak edib

Naxçıvanda Aşura günü münasibətilə keçirilən qanvermə aksiyalarında yüzlərlə insan iştirak edib

Sentyabrın 20-də Naxçıvan şəhərindəki Sarvanlar, Came, Pirqəmiş məscidlərində Aşura günü ilə bağlı təşkil edilən mərasimlərə qatılan sakinlər könüllü şəkildə qan veriblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qanvermə aksiyası zamanı donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək analiz edildikdən sonra hemofiliya və talassemiyadan əziyyət çəkənlərə, eləcə də operativ əməliyyatlarda ehtiyacı olan xəstələrə çatdırılacaq.

Qeyd edək ki, muxtar respublikanın rayonlarındakı məscidlərdə də Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyalarında yüzlərlə insan iştirak edib.