20 sentyabr 2018 22:52
1965

Sabah Bakı və Bakıətrafı bu ərazilərdə su olmayacaq

Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.