21 sentyabr 2018 16:31
1653

Türkiyə Suriya ilə sərhədə hərbi texnika yığır

Türkiyə Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə əlavə hərbi texnika göndərir.

Trend-in məlumatına görə, hərbi texnika səhər saatlarından Kilis vilayətinə cəmlənməyə başlayıb.

Hazırda Suriya ilə sərhəddə tanklar və zirehli nəqliyyat vasitələrinin olduğu deyilir.

Xatırladaq ki, sentyabrın 4-dən Türkiyə Suriyanın İdlib bölgəsi ilə həmsərhəd olan Hataya hərbi texnika yığmağa başlayıb.