24 sentyabr 2018 21:11
2152

Gələn ilin büdcə layihəsi prezidentə təqdim olunacaq

Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin iclası keçirilib.

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

Geniş müzakirələrdən sonra qərara alınıb ki, təqdim olunan büdcə layihələri bəyənilsin və “Büdcə sistemi haqqında” qanununa müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Prezidentə təqdim edilsin.